S Group

Reklam nədir?

Xəbər
     
Reklam " insanları könüllü olaraq müəyyən bir davranışda olmağa razı salmaq, müəyyən bir düşüncəyə yönəltmək, diqqətlərini bir məhsula xidmətə, fikir və quruluşa çəkməyə çalışmaq, onunla əlaqədar məlumat vermək, ona bağlı görüş və tutumlarını dəyişdirmələrini və ya müəyyən bir fikiri ya da tutumu mənimsəmələrini təmin etmək məqsədi ilə yaradılan ; ünsiyyət vasitələrindən yer ya da müddət satın almaq yolu ilə sərgilənən və ya başqa formalarda çoxaldılıb paylanan və bir ödəniş qarşılığı yaradıldığı müəyyən olan, digər bir deyimlə pul dəstək təmin edən elan " dır.
S Group

Reklamın rolu

Xəbər
     
Reklam məhsulun satış qiymətinin artmasına təsir etməklə yanaşı istehlakçının zövqünə də təsir edir. Elm və texnıkanın bu qədər inkişaf etdiyi, bazarda firmalar arası rəqabətin bu qədər çox olduğu dövrdə hər hansı bir malı bazara reklamsız çıxarmaq olduqca risklidir.

Bütün reklamların məqsədi satışı artırmaqdır. Ancaq yalnız reklam vasitəsi ilə buna nail olmaq olmaz. Bundan əlavə məhsulun istehsalı, paketlənməsi, qiymətləndirilməsi və satışı düzgün aparılmalıdır. Reklam olunaraq bazara çıxarılan malla reklam olunmadan bazara çıxarılan malın satışları arasında çox böyük fərq var.